Bu il “AzerGold” QSC-nin xarici və yerli bazarlarda satışının ümumi dəyəri 431 milyon manat təşkil edib. Bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, şirkət fəaliyyət dövründə ölkə iqtisadiyyatına 1,9 milyard manat vəsait cəlb edib: “Azərbaycanın aparıcı dağ-mədən şirkəti olaraq “AzerGold” yalnız […]