2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin ortaaylıq əməkhaqqısı 1088 manat təşkil edib. Bu barədə BŞTİ-dən məlumat verilib. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin isə ortaaylıq əməkhaqqısı 590 manat təşkil edib.