Azərbaycan Gürcüstandan avtomobil alışını 39 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 197 milyon ABŞ dolları dəyərində 7 292 ədəd avtomobil ixrac edib. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 39 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 622 milyon ABŞ dolları dəyərində 103 989 ədəd avtomobil satıb […]