Gələn ildən sahibkarlara vergi güzəştləri tətbiq olunacaq. Belə ki, dövriyyə limiti 2 dəfə artırılır. Bəs bu, qiymətlərə təsir edə bilərmi? Vergi Məcəlləsində yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilən dəyişikliklərə əsasən, pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə “ƏDV” qeydiyyat limiti artırılacaq. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, sözügedən güzəştlər sahibkarlar üçün yeni fürsətlər də […]