Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək

“Uber” və “Lyft” taksi aqreqatorları Çinin “Baidu” şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıblar. Razılaşmaya əsasən, üç şirkət Böyük Britaniyada sürücüsüz taksilərin test rejimində istifadəyə verilməsini planlaşdırır. Bu barədə “CNBC” nəşri məlumat yayıb. London “Baidu”nun pilotsuz taksilərinin fəaliyyət göstərəcəyi ilk Avropa şəhəri olacaq. “Uber” və “Lyft” “Baidu”ya məxsus sürücüsüz avtomobillərlə sınaq səfərlərinə 2026-cı ildə başlamağı nəzərdə tutur. […]