"Qızılın qiyməti rekord həddə çatıb. Hazırda 1 qram 999.9 əyarlı qızıl 145 dollara satılır". "Ölkə.az" xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. O qeyd edib ki, yaranmış vəziyyət zərgərlik bazarına neqativ təsir göstərir. ...