Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra yenidən rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışacaq. Bu barədə o, Zelenski ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. Donald Tramp danışıqlar üçün son tarixinin olmadığını bildirib: “Mənim son tarixim müharibə bitənə kimidir. Bizim başqa son tariximiz yoxdur”.