Ermənistanda TRIPP üzrə tikintinin başlayacağı tarix açıqlanıb

“Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında yerdə tikinti başlayacaq”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada TRIPP – Tramp İnkişaf və Rifah Yolu barədə danışarkən məlumat verib. “Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq”, – nazir bildirib. […]