1 yanvar 2026-cı ildən etibarən Nyu-York metrosu OMNY adlı təmassız ödəniş sisteminə keçir. Bu sistem sərnişinlərə gediş haqqını bank kartları, mobil telefonlar və ya digər ağıllı qurğular vasitəsilə ödəməyə imkan verəcək. Yeni sistem 1994-cü ildən istifadə olunan “MetroCard” nəqliyyat kartını əvəz edəcək, “Associated Press” yazır. Nyu-York Şəhər Sərnişin Nəqliyyatı İdarəsinin məlumatına görə, təmassız ödəniş sistemi […]