Gəncədə qəza - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1978-ci il təvəllüdlü E.Nadirova və 1983-cü il təvəllüdlü V.İsmayılov xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir...