AZAL internet provayder xidməti göstərəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) internet provayder xidməti göstərəcək. Banker.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) AZAL-ı internet provayderi kimi uçota alıb. Beləliklə, AZAL peyk üzərindən yüksək sürətli internet, təkrar satış (pərakəndə internetin təkrar satışı – B2C və ya B2B) xidmətlərini həyata keçirəcək.