2025-ci ildə dünyada birləşmə və satınalma üzrə əməliyyatların həcmi $4,5 trilyona çatıb — Bu, 2021-ci il “bumu”ndan sonra ikinci rekorddur

“London Stock Exchange”in məlumatına görə, 2025-ci ildə dünyada birləşmə və satınalmalar (M&A) üzrə əməliyyatların ümumi həcmi 4,5 trilyon dollar təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 50% çoxdur. Bu barədə “Financial Times” yazır. Ümumilikdə media sənayesindən tutmuş sənaye sektorunadək müxtəlif sahələrdə hər birinin dəyəri ən azı 10 milyard dollar olan 68 iri sövdələşmə bağlanıb. […]