İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin milli valyutanın ciddi zəifləməsi fonunda istefa verib. Bu barədə “Nour News” agentliyi Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbərinin müavini Məhəmməd Mehdi Təbatəbaiyə istinadən məlumat yayıb. O bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Fərzinin ərizəsini qəbul edəcəyi gözlənilir. “Mərkəzi Bankın sədri istefa verib və prezident bununla razılaşa bilər”, – o […]