“Aİ-92” 5, dizel isə 10 qəpik bahalaşdı

“Aİ-92” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb. Bu barədə Tarif Şurasının məlumatında bildirilib. Qeyd edək ki, “Aİ-92” 1 manat 10 qəpik, dizel isə 1 manat idi. Dəyişiklikdən sonra “Aİ-92” 1 manat 15 qəpik, dizel isə 1 manat 10 qəpik müəyyənləşib.