Misir Qarabağın bərpasında iştirakla bağlı Azərbaycana öz təkliflərini təqdim edib

Misir Qarabağın bərpası prosesində iştirak etməyə ciddi maraq göstərir və bu istiqamətdə Azərbaycana öz təkliflərini təqdim edib. Bunu Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda deyib. Diplomat bildirib ki, Misir hər zaman işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində göstərilən səyləri dəstəkləyib, həmin proseslərdə Azərbaycanın yanında olub: “Ən yüksək səviyyədə və […]