Dövlət Agentliyinin adı və statusu dəyişdi

Prezident İlham Əliyev “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanında dəyişikliklər edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinə çevrilib.