Dəm qazı yenə can aldı

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Ölkə.az” xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Əhmədov Rasim Mirəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır....