Mərkəzi Bank mükafat ödənişləri ilə bağlı yeni tələblər müəyyən edib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 avqust 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, mükafatın ödənişi bankın kapital adekvatlığı əmsalları və likvidlik normativləri üzrə minimum tələblərin pozulması ilə nəticələnməməlidir. Beləliklə, konkretləşdirilir ki, mükafatın ödənişi kapital adekvatlığı əmsalları […]