Zelenski: Sülh sazişinin 90 faizi hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh sazişinin 90 faizinin hazır olduğunu bəyan edib. O, bu barədə yanvarın 1-də xalqa Yeni il müraciətində bildirib. “Hazırda 90 faizdən danışırıq və sülh razılaşmasına hazırıq. Biz sülhə inanırıq və bunun üçün çalışırıq”, – Zelenski qeyd edib.