Bakının Xətai rayonunda mənzildə yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb. ...