Türkiyə gələn ay Somali sahillərində ilk kəşfiyyat-qazma layihəsinə başlayacaq

Türkiyə fevral ayında perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib. Bu, Türkiyənin ölkə xaricində dərin sularda həyata keçirəcəyi ilk kəşfiyyat-qazma layihəsidir. Məlumata görə, Türkiyənin “Çağrı bəy” gəmisi Somalidə dərin sulu dəniz yataqlarının seysmik kəşfiyyatını və qazıntısını aparacaq.