Tramp Kubaya qarşı hərbi güc tətbiq etmək niyyətində olmadığını deyib
ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı hərbi əməliyyatlar keçirməyi planlaşdırmadığını bildirib. Bu barədə məlumatı “New York Post” qəzeti yayıb. “Kuba öz-özünə çökəcək. Kubanın vəziyyəti çox pisdir”, – ABŞ lideri əlavə edib.