Səkkiz “OPEC+” ölkəsi 2026-cı ilin I rübündə neft hasilatının artırılmasının dayandırılması haqqında qərarı qüvvədə saxlayıb və fevral-mart ayları üçün neft hasilatı kvotalarını 2025-ci ilin dekabr səviyyəsində qoruyub. Bu barədə bəyanat OPEC-in saytında yerləşdirilib. Sazişin iştirakçıları təsdiq ediblər ki, gündə 1,65 milyon barrel (b/g) qismən və ya tam şəkildə dəyişən bazar konyunkturasından asılı olaraq tədricən geri […]