Azərbaycanda dövlət icbari şəxsi sığorta xərcləri 22 %-ə yaxın artırılıb

Bu il Azərbaycanda dövlət icbari şəxsi sığorta xərclərinin 62,1 milyon manat olması gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, bu, ötən illə müqayisədə 21,8 % çoxdur. Hesabat dövründə dövlət icbari şəxsi sığorta xərclərinin ümumi iqtisadi təsnifat xərclərinin 0,1 %-ni təşkil edəcəyi proqnozlaşdırılır.