Azərbaycanda bütün kriptovalyuta əməliyyatları tam izləniləcək və qeydə alınacaq. Bu addım vergidən yayınma hallarını önləmək və çirkli pulların yuyulmasının qarşısını almaq məqsədilə atılacaq. Məlumata görə, ölkəmiz 2028-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yaratdığı CARF standartlarına uyğun olaraq, kriptovalyuta əməliyyatları barədə məlumatları toplamağa və həmin strandartları qəbul etmiş üzv ölkələrlə məlumat mübadiləsinə başlayır. Azərbaycanın üzv […]