Sabunçu və Xırdalanda sənədsiz evlərin aqibəti necə olacaq? – Açıqlama

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması, eyni zamanda 13-cü Dünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi bu sahənin cari ildə xüsusi diqqət mərkəzində saxlanılacağını göstərir. Bunu Milli Məclisin deputatı Azər Allahverənov deyib. Deputat bildirib ki, bu qərarlar şəhərsalma və memarlıq sahəsində yeni yanaşmaların tətbiq olunacağını, eyni zamanda dövlət siyasətində müasir dünya təcrübələrinin nəzərə alınmasının vacibliyini […]