Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək. […]