Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonla danışıb. Bu barədə Türkiyə lideri Nazirlər Kabinetinin toplantısından sonra bildirib. Ərdoğan Trampa Venesuelada qeyri-sabitliyin qəbuledilməz olduğunu bildirib: “Trampla telefon danışığında ölkəmizin həssas məsələləri ilə bağlı mövqeyimizi çatdırdıq. Venesuelanın qeyri-sabitliyə sürüklənməməli olduğunu vurğuladıq”.