Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına, İT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Azərbaycanın tərəfdaşlarla məlumat mərkəzlərinin yaradılması üzərində çalışdığını qeyd edən dövlətimizin başçısı bildirib: “Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız […]