"Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına çevrilməkdir"

Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var. Ölkə.Az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Azərbaycanın tərəfdaşlarla məlumat mərkəzlərinin yar...