Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Dövlətimizin başçısı bu məsələdə kimin mandat verəcəyi və onun necə olacağının indiyədək aydın olmadığını qeyd edərək, Azərbaycanın “peace enforcement” əməliyyatlarında iştirak etməyi nəzərdə tutmadığını vurğulayıb. “Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, […]