Qazaxıstandan Azərbaycana Xəzərin dibi ilə optik kabelin çəkilişinin yekunlaşacağı tarix açıqlanıb

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bu barədə Qazaxıstan mediası Baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyevə istinadən məlumat yayıb. “Tranzit potensialının artırılması məqsədilə Xəzər dənizinin dibi ilə Azərbaycan Respublikasına qədər optik kabelin tikintisinə başlanılıb. Layihənin cari ilin 3-cü […]