Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 1986-cı il iyulun 30-da Bakı şəhərində anadan olmuş Elçin Əlizadə, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə həmin universitetdə magistr dərəcəsini […]