İqtisadiyyat Nazirliyi inzibati binası üçün 6.5 milyon manat xərclənəcək

İqtisadiyyat Nazirliyinin inzibati binasında texniki xidmətlər üçün 6,5 milyon manatlıq müqavilə bağlanıb. Banker.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC inzibati binada mövcud sistemlərə göstərilən texniki xidmətlərin satın alınması ilə bağlı müqavilə bağlayıb. Müqavilə “Azservis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə imzalanıb. Bağlanmış müqavilənin ümumi məbləği 6 495 555 manat təşkil edir.