“Anthropic” şirkəti $350 milyard dəyərində qiymətləndirilə bilər

“Claude” çat-botunun tərtibatçısı olan “Anthropic” şirkəti biznesinin 350 milyard dollar dəyərində qiymətləndirilməsi ilə 10 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazıb. Bu göstərici şirkətin dörd ay əvvəlki qiymətləndirməsindən demək olar ki, iki dəfə yüksəkdir. Sövdələşmənin yaxın həftələrdə bağlanacağı gözlənilir, cəlb olunacaq vəsaitin yekun həcmi isə dəyişə bilər. […]