Lalə Şövkətə ağır itki üz verib

Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş sədri, sabiq dövlət katibi Lalə Şövkətə ağır itki üz verib. Modern.az xəbər verir ki, Lalə Şövkətin bacısı oğlu Ülvi Sadıxov vəfat edib. Bu barədə məlumatı sosial şəbəkədə Lalə Şövkətin oğlu Sidqi Şövkət ictimailəşdirib. Mərhum insultdan dünyasını dəyişib. Allah rəhmət elə...