Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq

Yanvarın 9-da Ağdərə rayon, Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq. İlk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar 11:30-da kəndlərə yola salınacaqlar. Xatırladaq ki, 1993-cü ildə işğal olunan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub.