Goranboyda avtomobil piyadanı vurub öldürdü

Goranboy rayonunda 1947-ci il təvəllüdlü Elman Həsənovu avtomobil vurub. "Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı avtomobilin vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır....