ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb. "Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar. Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4–5 gündür heç bir xəbər yoxdur. Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar...