“Apple”ın ilk qatlanan smartfonu “iPhone Fold”un 2026-cı ilin payızında təqdim ediləcəyi gözlənilir. Kitab formasında açılan cihaz 7,76 düymlük daxili ekranla təchiz olunacaq və ölçü baxımından “iPad mini”yə bənzəyəcək. Modelin qatlanan displeyi “Samsung Display” tərəfindən istehsal ediləcək. Cihazın iki ekranlı olacağı, arxa hissəsində iki kamera, daxili ekranda isə ekranaltı ön kamera yerləşdiriləcəyi bildirilir. Menteşə mexanizminin “liquidmetal” […]