Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyaya qarşı yeni əməliyyatlar hazırladığını açıqlayıb. Zelenski bu barədə UTX-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara ilə görüşdən sonra məlumat verib. “Yeni əməliyyatlar da razılaşdırılıb”, – deyə Zelenski “Telegram” kanalında yazıb. Ukrayna lideri mümkün əməliyyatların detalları barədə əlavə məlumat verməyib.