Tramp: ABŞ bu və ya digər yolla Qrenlandiyanı əldə edəcək

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Qrenlandiya üzərində nəzarəti “bu və ya digər yolla” ələ alacaq. Onun sözlərinə görə, əgər bunu Vaşinqton etməsə, adanı Rusiya və ya Çin ələ keçirəcək. Cənab Trampın jurnalistlərlə söhbətinin qeydi Ağ Evin “YouTube” kanalında yayımlanıb. ABŞ-nin Qrenlandiya ilə bağlı konkret addımları barədə o, hər hansı təfərrüat açıqlamayıb. […]