İranın Məşhəd şəhərində narkotiklərlə mübarizə idarəsinin rəisi silahlı şəxslərin hücumu zamanı həlak olub. Modern.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb. "Məşhəddə şəhərin narkotiklərlə mübarizə idarəsinin rəisi Cavad Keşavərz silahlı terrorçular tərəfindən öldürülüb", - məlumatda deyilir. ...