“Comex” əmtəə birjasında gümüş üzrə mart fyuçersinin qiyməti tarixi rekordu yeniləyərək troya unsiyası üçün 84 dolları ötüb. Bakı vaxtı ilə saat 13:50-yə olan məlumata görə, qiymətli metalın qiyməti 6,31% artaraq 84,3 dollara çatıb. Yanvarın 12-də “Comex”də 2026-cı ilin fevralında tədarükü nəzərdə tutulan qızıl fyuçersinin qiyməti tarixdə ilk dəfə olaraq unsiya üçün 4600 dollardan yuxarı qalxıb. […]