Azərbaycanda torpaqlar satışa çıxır – Qiymətlər

11 fevralda bələdiyyə torpaqları üzrə hərraclar keçiriləcək. Banker.az xəbər verir ki, Azərbaycanın müxtəlif rayonlarında bələdiyyə torpaqları 11 fevral 2026-cı il saat 15:00-da hərraca çıxarılacaq. Ərizələr 12 yanvar – 9 fevral 2026-cı il tarixləri arasında qəbul olunur. Hərraca çıxarılan torpaqlar arasında Ağdam, Ağstafa, Şabran və Beyləqan rayonları yer alır. Sahələr satış və icarə üçün təklif olunur. […]