Ötən il Naxçıvan şəhərində ümumi daxili məhsul (ÜDM) istehsalı 2024-cü illə müqayisədə 9,9 % artaraq 690 milyon 428 min 700 manata çatıb. Bunu şəhərin icra başçısı Cabbar Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən “2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” mövzusunda hesabat tədbirində bildirib. O, 2025-ci ildə ÜDM-nin strukturunda bütün sahələrində artım olduğunu qeyd edib: […]