Gön (iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının gönləri) ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına […]