Azərbaycanda çobanlar yarım milyonluq yeyintidə ittiham olunur

Azərbaycanda çobanlar böyük yeyinti cinayətində ittiham olunur. Hadisə Salyan rayonunda baş verib. Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları “aradan çıxarıblar”. Çox sayda heyvanı oğurlanan Adil Qənbər oğlu Baxışov rayonda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun bir neçə ferması, yüzlərlə mal-qarası var. Sahibkar cinayətdən xəbər […]