“Citi” qızıl və gümüş üzrə proqnozunu bir unsiya üçün müvafiq olaraq 5 000 və 100 dollara yüksəldib

“Citigroup” analitikləri qızıl və gümüş üzrə qısamüddətli proqnozlarını yeniləyiblər. Buna artan geosiyasi risklər, fiziki metal çatışmazlığı və ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı artan qeyri-müəyyənlik fonunda qərar verilib. Yaxın üç ay üçün qızıl üzrə proqnoz 4 200 dollardan 5 000 dollara, gümüş üzrə isə unsiya üçün 62 dollardan 100 dollara qaldırılıb. Xüsusilə, gümüş […]