Magistraturaya qəbul imtahanı fevralın 15-də keçiriləcək, sənəd qəbulu başlayıb

Azərbaycanda yanvarın 14-dən 26-dək magistraturaya sənəd qəbulu aparılacaq, I cəhd imtahanı isə fevralın 15-də olacaq. Banker.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. […]